💻

Saytların Hazırlanması

Bütün Növ Saytların Hazırlanması Xidməti

Bizim komandamız , sizə qürur duyacağınız veb-saytı dizayn etməyə və yaratmağa kömək etməyə hazırdır.

Biznesinizin onlayn mövcudluğunu gücləndirmək üçün peşəkar veb-saytlar hazırlayırıq. İstər sadə təqdimat səhifəsi, istərsə də mürəkkəb korporativ portal olsun, bizim komandamız ən müasir texnologiyalar və dizayn trendləri ilə sizə uyğun həllər təklif edir.

💡

Hansı Növ Saytlar Hazırlayırıq?

01

Təqdimat səhifəsi, məhsul və ya xidmətinizi effektiv şəkildə tanıtmaq, müştəri cəlb etmək və konkret hərəkətə çağırmaq üçün hazırlanmış ideal bir saytdır.

02

Korporativ saytlar, şirkətlərin xidmətlərini, məhsullarını və layihələrini təqdim etmək üçün nəzərdə tutulmuşdur. Bu saytların əsas məqsədi müştərilərə və tərəfdaşlara şirkət haqqında ətraflı məlumat verərək onların etibarını qazanmaqdır.

03

E-ticarət saytları, internetdə məhsul və xidmətlərin satışını həyata keçirən platformalardır. Bu saytlar müştərilərə məhsulları onlayn sifariş etməyə, ödəniş etməyə və çatdırılma üçün gözləməyə imkan tanıyır. 

04

Blog və xəbər saytları, istifadəçilərə aktuallığı olan məlumatları, xəbərləri və fikirləri təqdim edən platformalardır. Bu saytlar, müntəzəm məzmun yayımlayaraq auditoriyanın marağını cəlb etməyə və etibar yaratmağa kömək edir. Bloglar, fərdi və ya şirkət mərkəzli düşüncələri bölüşmək üçün ideal yerdir, xəbər saytları isə hadisələrə dair ən son məlumatları təqdim edir.

PROSESLƏR

Saytların Hazırlanması prosesi

Sayt sifarişi prosesi dörd əsas etapdan ibarətdir:

Tələblərin təhlili və planlaşdırma

Müştərinin ehtiyacları və məqsədləri müəyyənləşdirilir, layihə üçün tələb olunan xüsusiyyətlər və funksiyalar təyin edilir.

Dizayn və prototip hazırlığı

Saytın dizaynı müştərinin brendinə uyğun olaraq tərtib edilir, istifadəçi interfeysi və təcrübəsi nəzərə alınaraq ilkin prototip yaradılır.