👋

Single Post

How to add corporate Email to phone?

Share

Korporativ Email telefon üçün

Bu məqalədə, biz təklif etdiyimiz Korporativ email xidmətimizin telefonda işləyən Outlook proqramına əlavə etmənin asan addımlarını öyrənəcəksiniz.

Corporate Email haqqında Məlumat:

Korporativ email, şirkətin adını və imicini daşıyan, ciddi və etibarlı bir görünüş yaratmağa kömək edir. Bu, müştərilər, tərəfdaşlar və iş əməkdaşları üçün püşəkar əlaqə yaratmaq imkanı verir. Korporativ email haqqında məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

Korporativ emailiniz telefona əlavə etmək üçün 7 adım tələb olunur. Gəlin bu addımlara ətraflı baxaq.:

Yeni Poçt Əlavə Et:

Outlook proqramında korporativ email əlavə etmək üçün əvvəlcədən “Yeni Poçt” bölməsinə keçid edin. Bu, yeni email ünvanınızı əlavə etmək imkanı verir.

Yeni Email Ünvanını Əlavə Et:

Yeni poçt bölməsində, “Yeni Email Ünvanı Əlavə Et” düyməsinə basın.

 

 

 

IMAP Seçimi:

Yeni email ünvanınızı daxil etdikdən sonra, gələn ekranın alt hissəsində IMAP seçimini görəcəksiniz. İşlədiyiniz korporativ email üçün IMAP protokolünü seçin.

 

Əsas məlumatlar:

İlk öncə 1 bölmədə poçt ünvanın, sonradan görmək istədiyimiz adı, Sonradan başlqı qeyd edin.

IMAP Ayarlarını Doldurun:

Açılan yeni pəncərədə, IMAP ayarlarını doldurun.
İMAP adı: imap.timeweb.ru.
Port Imap: 993.
Və SSL qorunmasın seçirik
Sonradan İMAP istifadəçi adı yerinə poçt ünvanın qeyd edirsiniz. Parol hissəsinə isə sizə təqdim olunan parolu.

SMTP Göndəriş Serverləri:

SMTP göndəriş serverləri ilə bağlı məlumatları daxil etməyə davam edin.
SMTP Göndəriş serverlərinə növbəti məlumatları yazırıq:
SMTP adı: smtp.timeweb.ru
Port SMTP – 465
SSL qorunması seçimini etməyi unutmayın.
SMTP istifadəçi adı yerinə Poçt ünvanın qeyd edirik.

Təsdiqlə və Tamamla:

Bütün məlumatları doldurduqdan sonra, “Təsdiqlə və Tamamla” düyməsinə basın. Bu addımları uğurla tamamladığınızda, Outlook proqramına sizin korporativ emailiniz əlavə olunacaq.

Related Post